Baş xəbərDünya

Britaniyada ilk ukraynalı pilotların F-16 təyyarələrində təlimi başa çatdı

Ukrayna Silahlı Qüvvələrinin ilk pilotları Böyük Britaniyada F-16 qırıcılarının əsas uçuş hazırlığı kursunu bitirib.

Bugun.tv xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ukraynalı hərbçilərdən təşkil olunan altı nəfərlik pilotlar qrupu F-16 qırıcılarında uçuş bacarıqları üzrə kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. On nəfərdən ibarət digər qrup isə Böyük Britaniyada təlimlərini davam etdirir.

Qeyd edək ki, Ukrayna uzun müddətdir Qərb müttəfiqlərindən F-16 qırıcı təyyarələrinin tədarükünü gözləyir. Avqustun sonunda Niderland 42 ədəd, Danimarka isə 19 ədəd F-16 qırıcısını Kiyevə verməyə hazır olduqlarını bildirib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

Huawei yeni ikiqat qatlanan telefonunu təqdim etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu