Baş xəbərKriminal

Nabranda su polisi nəzarət-profilaktiki tədbir keçirdi

Bugun.tv xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, Xəzər dənizinin sahilində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə edilməklə həyata keçirilən qanunsuz balıq ovuna qarşı aparılan tədbirlər zamanı balıqçılarla maarifləndirici söhbətlər aparılıb. Onlara qanun pozuntusuna yol verməməyi və neqativ əməllərdən çəkinmələri tövsiyyə olunub.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Fotoqrafın səma görüntüsü süni intellekt işi hesab edilib

Aynur Camal

Veteranlar Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp üçün “topal ördək” mərhələsi başlaya bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu