6 C
Baku
9 Fevral 2026, 20:49
Baş xəbərDünya

“Google” şirkəti böyük məbləğdə cərimə ödəyəcək

“Google” şirkəti “Google Chrome” brauzeri vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını topladığı barədə məhkəmə iddiasını tənzimləməyi qəbul edib.

Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, məhkəmə iddiasında şirkətin ən azı 5 milyard dollar məbləğində cərimə ödəməsi tələb olunur. Məsələnin nizamlanma şərtləri açıqlanmır, amma vəkillər bəyan ediblər ki, onlar vasitəçilik prosesi əsnasında mütləq razılıq barədə kompromis əldə ediblər və rəsmi sazişi 2024-cü il fevralın 24-də keçiriləcək məhkəmənin təsdiqinə təqdim etməyi nəzərdə tuturlar.

İddiaçılar bildirirlər ki, Google platformasının analitika, cookie və digər tətbiqləri hətta “Google Chrome” baruzerindən “inkoqnito” rejimində istifadə etdikdə belə, “Alphabet” bölməsinə onların hərəkətlərini izləməyə imkan verir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün insan hüquqları üzrə təlim keçirilib

Aynur Camal

Asiya İnkişaf Bankı 350 milyon dollarlıq yenilənə bilən enerji layihələrini dəstəkləyir

Aynur Camal

Meksika Kuba üçün 800-dən çox ton humanitar yardım göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu