18 C
Baku
17 Fevral 2026, 16:40
Baş xəbərDünya

Husilərin hücumundan sonra “Maersk” Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırdı

Danimarkanın gəmiçilik şirkəti “Maersk” dekabrın 30-da gəmilərindən birinin husilərin hücumuna məruz qalmasından sonra Qırmızı dənizdəki gəmiçilik əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlib.

Bugun.tv xəbər verir ki, bu barədə “Maersk” şirkəti açıqlama yayıb.

Açıqlamada “Maersk Hangzhou” gəmisinə edilən hücumdan sonra şirkətin Qırmızı dəniz və Ədən körfəzindən keçən bütün keçidləri növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verdiyi bildirilib. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi və şirkətin vəziyyəti ətraflı şəkildə qiymətləndirmək üçün bölgədəki bütün yük əməliyyatlarını dayandırmağa davam edəcəyi vurğulanıb.

Həmçinin “Maersk” müştəriləri üçün gəmilərin marşrutunun dəyişdiriləcəyi və səfərlərin Ümid burnu ətrafında davam edəcəyi bildirilib. “Bu qərar dənizçilərimizin təhlükəsizliyini təmin etmək üçün verildi və gəmilərimizdəki yüklər bizim əsas prioritetimizdir”, – deyə açıqlamada qeyd edilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Dünyanın bir çox yerində Çin Yeni ili qeyd edilir

Aynur Camal

Prezident Donald Tramp İranı nəticələr barədə xəbərdar etdi

Aynur Camal

Rusiya 400 dron və 20-dən çox raket atdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu