Baş xəbərDünya

ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötdü

Amerika Birləşmiş Ştatlarının dövlət borcu 34 trilyon dolları ötüb.

Bugun.tv ABŞ-ın Maliyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 01:30-a olan məlumata görə, Birləşmiş Ştatlarının dövlət borcu 34,001 trilyon dollar təşkil edib. Bu da 2023-cü ildə 4 trilyon dollardan çox artım deməkdir.

Xatırladaq ki, ötən ilin yanvar ayında ABŞ hökumətinin 31,4 trilyon dollar məbləğində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşıblar, lakin büdcədə əhəmiyyətli ixtisarlar aparılıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Vüqar Bayramov: Türk dünyası bütövləşir, əməkdaşlıq və inkişaf edir

Aynur Camal

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu