Baş xəbərHadisə

Bir binanın damında yanğın başladı

Bugun.tv xəbər verir ki, İstanbulun Kağıthane şəhərində bir binanın damında yanğın baş verib. Alov daha 2 bitişik tikiliyə keçib. Xəbərdarlıqdan sonra əraziyə polis, yanğınsöndürmə briqadası və tibb qrupları göndərilib. Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri görərkən, xilasetmə qrupları kran köməyi ilə yanğını söndürmək üçün işə başlayıb. Yanğın zamanı binada sıxılmış vəziyyətdə qalan 4 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Təcili yardımçılar bu insanlara ayaq üstə ikən müalicə ediblər.

TRT Haberin məlumatına görə, yanğın qrupların işi ilə söndürülüb, daha sonra 3 binada soyutma işləri aparılıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Qatil balinalar dünyanın ən böyük balıqlarından birini parçalamağın yeni üsulunu nümayiş etdiriblər

Aynur Camal

Bir gün rəhbərliklə

Bugün TV

Makron meşə yanğınları ilə mübarizə üçün Aİ-dən dəstək istədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu