Baş xəbərKriminal

Narkotik alan şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəmkir rayon sakini Namiq Hüseynov Hacıqabul rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə və əlində olan torbaya keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqramdan artıq olan marixuana və yarım kiloqramdan artıq olan tiryək aşkar edilərək götürülüb.

Dindirilmə zamanı N.Hüseynov narkotik vasitələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından əldə etdiyini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. N.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu