Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi avropalı səfirin bəyanatına sərt cavab verdi

Bugun.tv xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə sosial şəbəkəsində Mixalkonun açıqlamasına belə cavab verib “Bu bəyanat əsassız və məsuliyyətsizdir! Səfir diqqəti bəzi Aİ ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və qəddar rəftar üzərində cəmləsəydi, daha yaxşı olardı” XİN-in spikeri bildirib.

A.Hacızadə onu da əlavə edib ki, Azərbaycan məhkəmə sistemi qabaqcıl dünya təcrübəsinə əsaslanır və onun fəaliyyətinə kənar qüvvələrin müdaxiləsi yolverilməzdir.

Bundan əvvəl Bakı Azərbaycanla Fransa arasında münasibətlərin çox aşağı səviyyədə olduğunu bəyan edib. Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovun sözlərinə görə, bunun günahı rəsmi Parisin üzərinə düşür.

Mənbə: lenta.ru

Müxbir: Qaytın Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: “Avropa Parlamentindəki korrupsiya qalmaqalı ikili standartlarla bağlı suallar yaradır”

Aynur Camal

Neftin qiyməti ABŞ ehtiyatlarının artması fonunda ucuzlaşdı

Aynur Camal

Vüqar Bayramov: Ermənistanın revanşist qüvvələri dəstəkləməsi sülh gündəliyinə sadiqliyinə şübhə yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu