Texnologiya

Phone 16 Pro gəlir!

Bugun.tv xəbər verir ki, sentyabr ayında təqdim edilməsi gözlənilən iPhone 16 Pro və iPhone 16 Pro Max-ın fotoları paylaşılıb. Düzdü iPhone 15 modellərinin təqdim olunmasından çox keçməyib. Bununla belə, payızda satışa çıxarılacaq iPhone 16 seriyasının funksiyaları ilə bağlı da xəbərlər var.

Əldə edilən məlumata görə, Apple mühəndisləri bu dəfə dizaynda çox dəyişiklik etməyəcəklər. Əsas fərqlər kamera obyektivlərinin düzülüşü və düymə dizaynlarında olacaq.

Yeni modelin ekran ölçülərində də dəyişiklik ediləcəyi gözlənilir. Məlumata görə, iPhone 16 Pro seriyası 6,7 və 6,9 düymlük ekrana sahib olacaq.

Apple iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin sağ tərəfində güc sensoru ilə inteqrasiya olunmuş düymə yerləşdiriləcək. Bununla da videolar daha asan çəkiləcək. Apple hələ dizayn prosesinin başlanğıcındadır və iPhone 16 seriyası üçün digər dəyişikliklər etməyə hələ bir ilə yaxın vaxtı var.

Aynur Camal

Oxşar xəbərlər

Yeni texnologiya kağızların təkrar emalını daha səmərəli edə bilər

Aynur Camal

Claude AI istifadəçilərinin bəzi paylaşılan söhbətləri internetdə açıq vəziyyətdə aşkarlandı

Aynur Camal

ABŞ-Çin münasibətlərində yeni gərginlik: Süni intellekt texnologiyaları əsas müzakirə mövzusu olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu