Siyasət

Fransa ordusu Rusiyanın hərbi nəqliyyat təyyarəsinin Patriot sistemi tərəfindən vurulduğuna inanır — AP ​

Bugun.tv “Associated Press”ə istinadən xəbər verir ki, Fransa ordusu bu yaxınlarda ukraynalı hərbi əsirləri daşıyan Rusiya hərbi nəqliyyat təyyarəsini vurmaq üçün ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edildiyi qənaətinə gəlib.

Məlumata görə, Ukraynanın istifadə etdiyi sistem aşkar edilmədən qalmağı bacarıb. Sonra radarını İl-76 təyyarəsini vurmaq üçün “kifayət qədər uzun müddət” işə salıb.

Digər Qərb rəsmisi AP-yə bildirib.Təyyarə “hər hansı mexaniki nasazlıqdan çox raket zərbəsi” səbəbindən yerə düşüb. Rəsmi həmçinin bildirib ki, raketin Ukrayna ərazisindən atıldığı demək olar dəqiqdir.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl İl-76-nın ABŞ istehsalı olan Patriot sistemi ilə vurulduğunu bildirmişdi. O, həmçinin deyib ki, Moskva qəza ilə bağlı beynəlxalq araşdırma aparılmasında israrlıdır.

Təyyarə yanvarın 24-də Belqorod vilayətinin səmasında yerə düşüb. Təyyarənin göyərtəsində 74 nəfər, o cümlədən 65 ukraynalı məhbus mübadilə üçün gedib. Sağ qalan olmayıb. Rusiya Müdafiə Nazirliyi hadisəni terror aktı kimi qiymətləndirərək Kiyevin Ukrayna vətəndaşlarının daşınmasından xəbərdar olduğunu bildirib.

Mənbə tass

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Ukrayna üç günlük atəşkəs dövründə 23 mindən çox pozuntu etdi”

Aynur Camal

Makron Nayrobi sammitində zaldakı səs-küyə sərt reaksiya verdi

Aynur Camal

Ekspert: ABŞ Rusiyanın İranla bağlı uran təklifini qəbul etməlidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu