Dünya

İran partlayış baş verdi

Bugun.tv xəbər verir ki, İranda magistral qaz kəmərinin 65-ci xəttində iki partlayış baş verib. Yerli rəsmilər mümkün təxribatdan şübhələnirlər. Bu barədə Reuters xəbər verir.

Dövlət telekanalları partlayışların ölkədə qaz təchizatında fasilələrə səbəb olmadığını bildirib. Bundan əlavə, hökumət rəsmiləri əhali arasında itkilərin olmadığını bildiriblər.

İranın Fars, İsfahan, Çaharmahal və Bəxtiyari əyalətlərində baş verən insidentlə əlaqədar fövqəladə hallar xidməti yüksək hazırlıq vəziyyətinə gətirilib.

Mehr News xəbər verir ki, İranın şimal əyalətlərindən birində sənaye müəssisələrinə qaz verilişi dayandırılıb.

İlkin araşdırmanın nəticələrinə əsasən təxribat əlamətləri aşkar edilib.

Səhər saatlarında İranın Borujen şəhərində qaz kəmərində baş verən partlayış nəticəsində yanğının başladığı bildirilib.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan etdi

Aynur Camal

Bitkilər temperatur dəyişikliklərini necə hiss edirlər?

Aynur Camal

Çin yeni GJ-11 döyüş pilotsuz təyyarəsinin görüntülərini yayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu