Sosial

Baş DYP İdarəsinin kobud qayda pozuntularına dair məlumatı

Bugun.tv xəbər verir ki, yol nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də bilavasitə bu qəzaların baş verməsinə səbəb olan kobud qayda pozuntuları törədən şəxslərə qarşı mübarizə tədbirləri çərçivəsində cari ilin fevral ayı ərzində 1090 şəxs sürücülük hüququ olmadan, 969 şəxs isə sərxoş halda avtomobil idarə etdiklərinə görə Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barələrində protokollar tərtib edilib.

Aparılmış təhlillər əsasında son zamanlar baş verən və ağır nəticələrə səbəb olan qəzaların əksəriyyətinin sürücülük hüququ olmayan şəxslər tərəfindən törədildiyi müəyyən olunub.

Sürücülük hüququ olmadan avtomobil idarə edən və ağır nəticəli qəzaların baş verməsinə səbəb olan, yaxud kobud qayda pozuntuları törədən şəxslər təəssüflər olsun ki, cəmiyyətdə sürücü intizamının aşağı olması barədə yalnış fikir formalaşmasına şərait yaradır.

Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmadan avtomobil idarə etmək qayda pozuntusu olmaqla yanaşı, təhlükəli əməldir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

Aynur Camal

Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirildi

Aynur Camal

Samir Vəliyev: “AIREX 2026” beynəlxalq daşınmaz əmlak sərgisi mühüm platformadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu