Texnologiya

İlon Maskın sosial şəbəkəsi televizorlar üçün YouTube-un analoqunu işə salacaq

Bugun.tv xəbər verir ki, Amerikalı milyarder İlon Maska məxsus X sosial şəbəkəsi televizorlar üçün YouTube video platformasının analoqunu istifadəyə verəcək. Bu barədə Fortune şirkətdəki mənbəyə istinadən yazıb.

Amazon və Samsung SmartTV-lər üçün tətbiqin gələn həftə istifadəyə verilməsi planlaşdırılıb. Nəşrin həmsöhbəti bildirib ki, xidmət interfeysi “YouTube” televiziya əlavəsi ilə eyni görünəcək.

Televiziya proqramının istifadəyə verilməsi Maskın X-ə daha çox reklamçı və populyar bloqçu cəlb etmək planında növbəti addım olacaq. Sahibkar istifadəçilərə böyük ekranda uzun videolara baxmaq imkanı yaratmaq istəyir. Mənbənin sözlərinə görə, X təkcə YouTube ilə deyil, həm də Twitch, Signal və Reddit kimi məşhur servislərlə rəqabət aparmağı hədəfləyir.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

“Nvidia” “Meta” şirkətinə 3 milyard dollar sərmayə yatıracaq

Aynur Camal

“General Motors” səhmlərini “Nasdaq” birjasına keçirir

Aynur Camal

WhatsApp-da iki yeni funksiya hazırlanır: Stikerlər səslənəcək, mesaj bölməsi dəyişəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu