Baş xəbərDünya

Pakistanın Qvadar limanına silahlı hücum oldu! Ölənlər var!

Bugun.tv xəbər verir ki, Çinin Pakistandakı Qvadar limanına silahlı basqın olub. 8 hücumçu zərərsizləşdirilib.

Dawn qəzetində yer alan xəbərə görə, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Birliyinin verdiyi açıqlamada, 8 silahlının Bəlucistan əyalətindəki Qvadar Liman İdarəsi Kampusuna girməyə cəhd etdiyi bildirilib.

Açıqlamada hücum edənlərlə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 2 əsgər həyatını itirib. Silahlı hücum edənlərin hamısının öldürüldüyü, terrorçuların hücum cəhdinin təhlükəsizlik qüvvələri tərəfindən qarşısının alındığı qeyd olunub.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Bakı Hindistanın Divali bayramının rəngarəng ab-havasına büründü

Aynur Camal

Milli Cəbhə Partiyası xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Aynur Camal

Birinci vitse-prezident Zəfər Günü münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu