Texnologiya

Tesla Roadster raket texnologiyalarına sahib olacaq

Bugun.tv xəbər verir ki, Tesla-nın sahibi Elon Musk, ikinci nəsil Roadster modelinin raket texnologiyalarına sahib olacağını açıqlayıb. Tam doldurma ilə 393 kilometr məsafə qət edən avtomobil 0-dan 100-ə 3,7 saniyəyə çatır.

İlon Mask 2017-ci ildə SpaceX ilə kosmosa buraxılan ikinci nəsil Tesla Roadster-in buraxılış tarixini 2020-ci il elan etsə də, bu nəqliyyat vasitəsi indiyədək satışa çıxarılmayıb.

Elon Musk, Tesla Roadster-in kütləvi istehsalına başlanacaq son dizaynını yaratdıqlarını və istehsalın bu il rəsmi olaraq başlayacağını deyib.

Yeni Roadster modelində bəzi raket texnologiyalarının olacağını bir daha xatırladan Musk, vasitənin qanadları olmasa belə uçacağını vurğulayıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

SpaceX tarixə düşdü: “Starship” orbitdən qayıdaraq mexaniki qollarla tutuldu

Aynur Camal

Voyager 1 tarixi məsafəyə çatmağa hazırlaşır: Yer kürəsindən bir işıq günü uzaqlaşacaq

Aynur Camal

Çin Oman üçün süni intellektlə işləyən 20 peykdən ibarət kosmik şəbəkə quracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu