Dünya

Donald Tramp İncil kitabının onlayn satışına başladı

Bugun.tv xəbər verir ki, keçmiş ABŞ prezidenti Donald Tramp, ona qarşı açılan məhkəmə işlərindən aldığı cərimələrlə üzləşdiyi bir vaxtda internet vasitəsilə İncil kitabının satışına başlayıb.

Bunun üçün o, özünün Truth Social sosial media hesabında yayımladığı videoda seçicilərini İncil almağa çağırıb. Tramp yazısında bu həftə qeyd olunacaq “Yaxşı Cümə” və “Pasxa” bayramlarına diqqət çəkib. “Müqəddəs Həftəniz Mübarək! Amerikaya yenidən ibadət edək. Yaxşı Cümə və Pasxa bayramlarına yaxınlaşdıqca sizi İncil oxumağa dəvət edirik. Allah ABŞ-ı qorusun”, – o bildirib.

Tramp öz paylaşımında yayımladığı videoda “Bütün amerikalıların evlərində İncil lazımdır, mənim isə çoxlu kitablarım var. Bu, mənim ən çox sevdiyim kitabdır. Mən sizi bu İncili almağa dəstəkləməkdən və təşviq etməkdən qürur duyuram”, – Tramp çağırış edib.

Aynur Camal

Oxşar xəbərlər

Heyvanlar üçün qurulan körpülər 15 min təhlükəsiz keçidə imkan yaratdı

Aynur Camal

Yaponiyalı jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı

Aynur Camal

Roma Papası XIV Leo əməliyyatdan sonra sağalmağa başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu