Hadisə

Bu ölkədə güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edildi

Bugun.tv xəbər verir ki, Qırğızıstanın şimal bölgələrinə təsir edən güclü külək nəticəsində 24 nəfər xəsarət alıb. Paytaxt Bişkekdə fövqəladə vəziyyət elan edilib.

Qırğızıstanın Səhiyyə Nazirliyi 24 nəfərin yaralandığını açıqlayıb. Fövqəladə Hallar Nazirliyi isə 154 obyekt və çoxlu binanın zərər gördüyünü bildirib. İctimai nəqliyyatın hərəkəti də dayandırılıb

Küləyin sürətinin saniyədə 28 metrə çatdığı deyilir. Çoxlu ağaclar aşıb, bəzi binaların dam örtüyü zədələnib. Bəzi ərazilərdə isə elektrik enerjisi kəsilib.

Bugün TV

Oxşar xəbərlər

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

İki sürətli qatar toqquşdu: ölənlərin sayı 64-ə çatdı

Aynur Camal

“Arnab” siklonu təhlükəsi: on minlərlə insan təxliyə olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu