Dünya

Finlandiya Rusiya sərhədindəki keçid məntəqələrini bağladı

Bugun.tv xəbər verir ki, Finlandiya bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada, “Hökumət Rusiya sərhədindəki keçid məntəqələrinin aprelin 15-dən etibarən bağlı qalmasına qərar verib”, – bildirib.

Haapasaari, Nuijamaa və Santio limanları da aprelin 15-dən qeyri-müəyyən müddətə turist gəmiləri üçün bağlanacaq. Son illərdə Suriya və Somali kimi ölkələrdən gələnlərin sayının artmasının ardından ötən ilin sonunda Rusiya ilə quru sərhədlərini bağlayan Finlandiya bu tədbirlərlə ölkəyə qeyri-qanuni immiqrant axınının qarşısını almağı hədəfləyir.

Bəyanatda Finlandiyaya qeyri-qanuni mühacir axınının davam edəcəyi təqdirdə bunun Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacağı vurğulanıb.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

ÜST: Türkiyə sağlamlıq gündəminin öncülərindən birinə çevrildi

Aynur Camal

ABŞ seçkiləri İranda necə qarşılandı?

Aynur Camal

Bu yol nişanının mənası sürücüləri təəccübləndirir: Maneənin hər iki tərəfindən keçmək olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu