Dünya

Maliyyə institutunda sistem uğursuzluğu baş verib

Bildirilib ki, Yaponiyada “JP Post Bank”da sistem nasazlığı səbəbindən 1,2 milyon pul köçürməsində gecikmələr olub.

“JP Post Bank” maliyyə qurumunun açıqlamasına görə, bankda sistem nasazlığı səbəbindən 1,2 milyon pul köçürməsində gecikmə yaranıb.

Yerli vaxtla səhər saat 08.40-da başlayan sistem nasazlığının gecə yarısına qədər davam etdiyi bildirilib.

“Kiberhücum” ehtimalına dair heç bir dəlil olmadığı bildirilsə də, nasazlıq səbəbindən pul köçürməsində problem yaşayan müştərilərdən üzr istənilib.

Açıqlamada, “Japan Post Bank, “Problemin təsiri qiymətləndirilir və müştərilərimizin itkilərinə cavab vermək üçün əlimizdən gələni edəcəyik” deyib.

Keçən ilin oktyabr ayında onlayn bankçılıq sistemi müvəqqəti olaraq sıradan çıxdıqda “JP Post Bank” müştərilərinə problemlər yaratmışdı.

2023-cü ilin mart ayına olan məlumata görə, “JP Post Bank”ın ölkə üzrə 23 min filialı və 30 mindən çox bankomatı var.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Məktəblilər üçün interaktiv qlobus coğrafiyanı əzbərləmədən öyrənməyə kömək edir

Aynur Camal

Süni intellektə görə məlumat mərkəzlərinə qarşı qlobal etirazlar artır

Aynur Camal

Yaxın Şərqdə gərginlik Avropa birjalarını aşağı saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu