Dünya

Dünya titrəməyə davam edir! Güclü zəlzələ baş verdi

Filippin şiddətli zəlzələ ilə sarsıldı! Leyte bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib. Filippinin Leyte bölgəsində 5,7 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.

USGS-in məlumatına görə, 5,7 bal gücündə zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb.Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (Phivolcs) Facebook səhifəsində edilən məlumatda yerli vaxtla saat 18.16-da 5,8 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Açıqlamada, 10 kilometr dərinlikdə baş verən zəlzələdən sonra artçı təkanların yaşandığı bildirilib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Tədqiqat: Meşə yanğınları daha az ərazini əhatə etsə də, vurduğu zərər artır

Aynur Camal

ABŞ-da keçirilən danışıqlarda Livan və İsrail atəşkəsin tətbiqi barədə razılığa gəldi

Aynur Camal

Somnoloq açıqladı: Rahat yatmaq üçün axşam yeməyində nə yemək lazımdır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu