Dünya

İkinci köç dalğası: Qəzzalılar hətta çadırlarından didərgin salındılar!

Rəfaha edilən hücumlar Qəzzalıları növbəti dəfə köçürdü. Köçkün olmuş qəzzalılar Şaburadakı çadırlarını söküb yenidən köç etməli olublar. Çətin vəziyyətdə olan yerli sakinlər çarə axtarır. İsrailin blokada altındakı Qəzza zolağına amansız hücumları 216 gündür ki, fasiləsiz olaraq davam edir. İsrail ordusunun daha əvvəl təhlükəsiz olduğunu iddia etdiyi Qəzzanın cənubundakı Rəfah şəhərində həyata keçirdiyi intensiv hücum və quru əməliyyatı cəhdi nəticəsində bölgəyə sığınan köçkün fələstinlilər yenidən köç etmək məcburiyyətində qalıb.

Rəfahın Şabura bölgəsinə sığınan məcburi köçkün fələstinlilər, çadırlarını yığaraq, özləri ilə apara biləcəkləri əşyalarla bölgəni tərk edərək yenidən didərgin düşüblər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu