Image default
Dünya

Sərhəddi qanunsuz keçən türk ABŞ-ı şoka saldı! “Kartele rüşvət etirafı”

“Kartele rüşvət etirafı” ABŞ-a qeyri-qanuni yollarla daxil olan Türkiyə vətəndaşı Fox News komandasına açıqlama verib. Türkiyə vətəndaşının verdiyi açıqlamalar Tesla-nın baş direktoru İlon Maskın da diqqətini çəkib.

Meksikadan qeyri-qanuni yollarla ABŞ-a daxil olan Türkiyə vətəndaşları Fox News müxbiri Bill Meluginlə danışıb. Kanalda yayımlanan və Kaliforniyanın Cakumba bölgəsində lentə alınan videoda adı açıqlanmayan şəxslərdən birinin sözləri yer alıb. Sözügedən şəxs sərhədi keçmək üçün Meksikadakı kartelə təxminən 10 min dollar ödədiyini bildirib.

Türkiyə vətəndaşı “Əslində Amerika xalqı tamamilə haqlıdır. Bu ölkəyə kim gəlir? Onlar bilmirlər. OK, yaxşıyam. Bəs digərləri yaxşı deyilsə? Bəs onlar qatil, psixopat və ya başqa bir şeydirsə? “Bunun heç bir zəmanəti yoxdur. Kişi sərhəddə heç bir təhlükəsizlik yoxlamasının olmadığını və sərhədi keçənlərin yoxlanılmadığını söylədi.

Türkiyə vətəndaşı Melugin “Sərhədi kimin keçdiyi sizi narahat edirmi?” sualına “Bəli, çünki insanlar normal görünmür” deyə cavab verib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

ABŞ-ın ilk Papası Müstəqillik Günü ərəfəsində Azadlıq Medalı ilə təltif olundu

Aynur Camal

Böyük Britaniyada xidmət sektoru son illərin ən zəif nəticəsini göstərib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu