Dünya

Qəzzada qorxulu hadisə! Müvəqqəti liman zədələnib…

İsrailin soyqırımı altında olan Qəzzada ABŞ-ın qurduğu müvəqqəti üzən liman və limana dəstək verən 4 gəmi fırtına səbəbindən sürüklənib. Qapalı liman zədələnib.

İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana qeyri-insani qırğınlar silsiləsi ilə soyqırıma cəhd etdiyi Qəzza zolağından dünən narahatedici xəbərlər gəlib.

ABŞ-ın bölgəyə göndərdiyi humanitar yardım üçün qurduğu müvəqqəti limanın bəzi hissələri və limana dəstək verən 4 gəmi fırtına nəticəsində zədələnərək sahilə çıxıb.

Mövzu ilə bağlı ABŞ Mərkəzi Komandanlığından açıqlama verilib. Açıqlamada, cərəyanda tutulan 4 gəmidən 2-nin İsrail yaxınlığında sahilə çıxdığı bildirilib. Digər 2 gəminin yenidən müvəqqəti limana yaxın lövbər saldığı və hadisə nəticəsində xəsarət alan olmadığı qeyd edilib və “Müvəqqəti limanın tam funksionallığını qoruduğu” bildirilib.

Tikintisi 2 aydan çox vaxt aparan və təxminən 320 milyon dollara başa gələn müvəqqəti liman minə yaxın ABŞ xidmət personalı ilə mayın 17-də işə başlayıb. Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı (BMT) 17 Maydan bu yana sözügedən limandan yalnız 97 yardım maşını qəbul etdiklərini bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ–İran gərginliyi davam edir: Hörmüz boğazı əsas mübahisə mövzusu oldu

Aynur Camal

Ukraynada kütləvi dron və raket hücumu: enerji infrastrukturu hədəfdə

Aynur Camal

ABŞ–Çin sammiti: “Rəqib yox, tərəfdaş”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu