Dünya

İqlim konfransında Fələstin bayrağı açıldı

Səhnəyə Fələstin bayrağını qaldıran etirazçılar, “Soyqırım davam edərkən hər şeyə olduğu kimi davam edə bilməzsiniz” deyərək reaksiyalarını bildiriblər. İsrailin hücumları altında Fələstin torpaqlarında baş verənlərə qarşı səslərini ucaldan etirazçılar bu dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Konfransında səhnəyə çıxıblar.

Konfransa Almaniyanın Bonn şəhəri ev sahibliyi edib. Açılış mərasimi zamanı iki etirazçı səhnəyə çıxıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə nümayişçilərin səhnədə Fələstin bayrağı açdığı görünür.

“Soyqırım davam edərkən hər şeyi olduğu kimi davam etdirə bilməzsiniz!” Yazılı pankart açdıqları anlar da lentə alınıb.

Etirazdan sonra ümumi yığıncağın açılışı qısa müddətə dayandırılıb. Aksiya iştirakçıları polis tərəfindən zaldan çıxarılıb.

Bonnda keçirilən konfrans Bakıda keçiriləcək Ümumdünya İqlim Konfransına hazırlıq xarakteri daşıyır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

The Guardian: Özünəinamı artırmağın yolları – psixoloqlar və ekspertlərdən yeni tövsiyələr

Aynur Camal

İranda aylar sonra internetə qlobal çıxış yenidən açıldı

Aynur Camal

ABD NATO-da hərbi xərcləri azaltmağa hazırlaşır – Avropada narahatlıq artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu