7 C
Baku
9 Fevral 2026, 11:43
Baş xəbər

“Kiber cinayətkarlığın yeni forması müşahidə olunur” – XƏBƏRDARLIQ 

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev:

“Kiber cinayətkarlığın yeni forması müşahidə olunur. Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb”.

Bugun.tv xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında məlumat verib. Onun sözlərinə görə, ötən gün ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu