Dünya

Qarajda partlayış: Ölən və yaralananlar var

İsveçrədə çoxmərtəbəli binanın dayanacağında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

İsveçrənin Aarqau kantonunda yerləşən Nussbaumen şəhərindəki binanın qarajında ​​axşam saatlarında partlayış baş verib, daha sonra yanğın başlayıb. Bölgəyə polis, yanğınsöndürmə və tibb qrupları sövq edilib. Bina sakinləri təxliyə edilərkən böyük təşviş yaşanıb. Yanğın sürətlə digər mərtəbələrə də keçib. Polisin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Binaya və park edilmiş avtomobillərə ciddi ziyan dəyib. Söndürmə işlərinə 3 helikopter dəstək verərkən, yanğın gecə saatlarında söndürülüb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Mənbə: Haber Global

Kəmalə Sultan

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

700 ildir bu qayaların içində yaşayırlar: nə kondisioner, nə də qaz var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu