Image default
Dünya

İsrail ordusu diqqətini Livana yönəldib

Livana hücumlarını artırmaq istəyən İsrail əsgərləri ilk olaraq Rəfahdakı hücumları dayandırmaq üçün hesablamalar aparır. İsraildə artan sayda siyasətçi Livana qarşı müharibə istəyir.

İsrail ordusu Qəzzanın cənubundakı Rəfaha hücumları dayandırmağı və diqqəti Livanın cənubuna yönəltməyi təklif edib.

İsrail Kanal 12, “İsrail ordusunun Şimal Komandanlığı Hizbullahın hücum imkanlarını azaldacaq hədəflərə diqqət yetirir” xəbərini verib.

Bildirilib ki, hazırkı mərhələdə ordu diqqəti şimala yönəltməyi, yəni Livana hərəkət etmək üçün Rəfah əməliyyatını tez bir zamanda dayandırmağı Netanyahuya təklif edilib.

Telekanal adının açıqlanmasını istəməyən İsrail təhlükəsizlik rəsmisinə istinadən bildirib ki, “sakinlərin şimal şəhərlərinə qayıtmasını asanlaşdırmaq üçün şimal bölgəsində daha qəti addımlar atılmalıdır”.

“Effektiv tədbirlər görmədən ictimaiyyətə inam hissi aşılaya bilmərik”.

Açıqlamada, “Təhlükəsizlik razılaşma yolu ilə təmin edilə bilər. Effektiv tədbirlər görmədən ictimaiyyətə güvən hissi aşılaya bilmərik” ifadəsi işlədilib.

O, həmçinin deyib ki, “Əhalinin öz evlərinə qayıtmasını istəyiriksə, Livanla şimal sərhədində əsaslı dəyişiklik lazımdır”.

 Onlar Livana müharibə elan etmək istəyirlər

İsrail mənbələrinin məlumatına görə, Hizbullahın çərşənbə günü İsrailin şimalına hücumu oktyabrın 8-dən bəri ən böyük hücum olub.

Belə bir dönəmdə israilli siyasətçilərin Livana müharibə elan etmək çağırışları artır.

İsrailin Hərbi Nazirlər Kabinetinin bazar günü axşam İsrail-Livan sərhədlərindəki hadisələri müzakirə etməsi planlaşdırılır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Fransa mətbuatı millinin məğlubiyyətini sərt tənqid etdi

Aynur Camal

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu