Dünya

Kamikaze PUA-ları bir-birinin ardınca havaya qalxdı

Hizbullahın hədəfi işğalçı İsrail əsgərləri idi.

Hizbullah Livanın cənubundan İsrail sərhədində yerləşən yaşayış məntəqələrindəki işğalçı əsgərləri hədəfə alıb. Bir-birinin ardınca havaya qalxan kamikadze PUA-ların hədəflərini vurduğu bildirilib.

Hizbullah Hərəkatı Livanın cənubundan İsrail sərhədində yerləşən yaşayış məntəqəsinə kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiyini açıqlayıb.

Hizbullahın rəsmi Telegram hesabından verilən açıqlamada bu hücumun İsrailin dünən Livanın Burqaliyə qəsəbəsinə hücumuna cavab olaraq həyata keçirildiyi bildirilib.

Açıqlamada, Metula qəsəbəsi ərazisində İsrail əsgərlərinin toplaşdığı əraziyə kamikadze PUA ilə hücum edildiyi bildirilib. Hücum nəticəsində hədəfin tamamilə vurulduğu, İsrail əsgərləri arasında ölən və yaralananların olduğu qeyd edilib.

İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.

Mənbə: TGRT

Bugün TV

Oxşar xəbərlər

BMT xəbərdarlıq etdi: Heyvandarlıqda antibiotik istifadəsi 15 ildə üçdəbir arta bilər

Aynur Camal

Tramp: Müctəba Xamenei ilə görüşəcəyəm

Aynur Camal

Təyyarəni meşəyə gətirib evə çevirdi: 20 ildir Boeing 727-də yaşayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu