Dünya

Sürüşmə: Çoxlu insan itkin düşdü

Yaponiyanın Ehime prefekturasında güclü yağış torpaq sürüşməsinə səbəb olub. Fəlakətdən sonra çox adamdan xəbər olmadığı bildirilib.

Yaponiyanın Ehime prefekturasında yağan güclü yağışlar Matsuyama şəhərində torpaq sürüşməsinə səbəb olub. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 04:00 radələrində baş verən fəlakətdən sonra eni 50 metr, hündürlüyü 100 metr olan yamacın altında yerləşən bir çox tikili palçıq və torpağa basdırılıb.

Səlahiyyətlilər bölgədə 2 mərtəbəli taxta binada yaşayan 3 nəfərdən xəbər olmadığını açıqlayıb və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Digər tərəfdən şiddətli yağışın davam etmə riski səbəbiylə Matsuyama şəhərində 13 min 226 evdə yaşayan 22 min 62 nəfərə təxliyə xəbərdarlığı edilib və Matsuya Universitetində dərslərin 1 gün müddətinə dayandırıldığı açıqlanıb.

Səlahiyyətlilər riskli ərazilərdə yaşayan sakinləri daşqınlara və sürüşmələrə hazır olmağa çağırıb, onlara binaların yuxarı mərtəbələrinə və hündürlüklərə çıxmamaq barədə xəbərdarlıq edib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

BMT xəbərdarlıq etdi: Heyvandarlıqda antibiotik istifadəsi 15 ildə üçdəbir arta bilər

Aynur Camal

Tramp: Müctəba Xamenei ilə görüşəcəyəm

Aynur Camal

Təyyarəni meşəyə gətirib evə çevirdi: 20 ildir Boeing 727-də yaşayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu