Dünya

Hücumlar nəticəsində daha bir jurnalist həlak oldu

İsrail ordusunun Qəzza zolağına hücumları zamanı daha bir jurnalist həyatını itirib.

Hökumətin Qəzzadakı media ofisindən verilən açıqlamada deyilir: “Həmkarımız, Səvt əl-Əqsa radiosunun proqram rəhbəri, jurnalist Məhəmməd Abdullah Mişmiş şəhid olub.

Açıqlamada Qəzza zolağına qarşı hücumların başladığı gündən həyatını itirən jurnalistlərin sayının 160-a yüksəldiyi, lakin Mişmişin hansı hücumda öldüyü ilə bağlı məlumat paylaşılmadığı bildirilib.

Media ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.

Mənbə: TrtHaber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ÜST: Türkiyə sağlamlıq gündəminin öncülərindən birinə çevrildi

Aynur Camal

ABŞ seçkiləri İranda necə qarşılandı?

Aynur Camal

Bu yol nişanının mənası sürücüləri təəccübləndirir: Maneənin hər iki tərəfindən keçmək olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu