Baş xəbər

Milli Mətbuat günü ilə bağlı tədbir təşkil edildi

Reklam və marketinq sahəsinin inkişafına dəstək İctimai Birliyi (RMİD) 22 iyul – Milli Mətbuat günü ilə bağlı tədbir təşkil edib.

  Səhər yeməyi masası ətrafında düzənlənən görüşə uzun illər media qurumlarında fəaliyyət göstərən jurnalistlər qatılıb.

Tədbirdə çıxış edən RMİD sədri və İdarə Heyətinin üzvləri Azərbaycan milli mətbuat ənənələrinin yaşamasında yorulmadan çalışan KİV nümayəndələrini təbrik edib.

  Qeyd olunub ki, 149 illik tarixi olan Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabi və bu yolu vicdanla, peşəkarcasına davam etdirən qələm sahiblərinin xalqımızın müxtəlif sahələrdə maariflənməsinə, cəmiyyətin inkişafına, intellektual səviyyənin artmasına misilsiz xidmətləri danılmazdır.

  “Mətbuat cəmiyyətin güzgüsüdür” deyə vurğulayan çıxışçılar KİV nümayəndələrinə, gənc jurnalistlərə bu çətin peşənin yükünü şərəflə daşımağı, dövlətimizə, xalqımıza faydalı olmağı arzulayıblar. Sonra tədbirdə iştirak edən jurnalistlərə hədiyyələr təqdim edilib.

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu