12 C
Baku
28 Mart 2026, 13:34
Dünya

Qərbi Nil virusu İsraildə yayılır: iki ayda 738 hadisə, 51 ölüm

Qərbi Nil virusu İsraildə yayılmaqda davam edir. İyun ayından indiyədək ölkədə 738 yoluxma aşkarlanıb, 51 nəfər ölüb.

İsraildə iyun ayından bu yana Qərbi Nil virusu diaqnozu qoyulanların sayı 738-ə yüksəlib, virusa yoluxan 51 nəfər isə dünyasını dəyişib. Ölkədə Qərbi Nil virusuna yoluxma halları ilə bağlı Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, indiyədək ölkə daxilində 738 nəfərdə Qərbi Nil virusu aşkarlanıb. İyun ayından bəri 51 nəfər ağcaqanad dişləməsi ilə ötürülən virusdan dünyasını dəyişib.

İsraildə hər il iyun-sentyabr ayları arasında müşahidə edilən Qərbi Nil virusu hadisələrinin iqlim dəyişikliyi səbəbiylə bu ilin əvvəlində görülməyə başladığı bildirilir. Məlumdur ki, ağcaqanadlar tərəfindən yayılan Qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandanın Qərbi Nil bölgəsində görülən və ölümlə nəticələnə bilən bir xəstəlikdir.

Virusun xüsusilə yaşlılar və immun sistemi zəif olan insanlar üçün daha riskli olduğu bildirilir.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu