Dünya

Yaponiya mövqe tutdu! İsrail mərasimə dəvət edilməyəcək

Yaponiya Qəzzada soyqırım törədən İsrailə qarşı mövqeyini davam etdirir. Naqasaki meri Suzuki Şiro avqustun 9-da atom bombası hücumlarının ildönümündə keçiriləcək anım mərasiminə İsrailin dəvət edilməyəcəyini açıqlayıb.

Yaponiyanın Naqasaki meri Suzuki Şiro keçirdiyi mətbuat konfransında atom bombası hücumunun ildönümündə keçiriləcək anma mərasimindən danışıb.  Mərasimə hər il dünyanın hər yerindən nümayəndələrin dəvət edildiyini bildirən Suzuki bu il avqustun 9-da keçiriləcək mərasimə İsrailin dəvət olunmayacağını bildirib.

Bundan əlavə, Xirosima administrasiyası İsraili avqustun 6-da keçiriləcək anma mərasiminə dəvət edəcəyini açıqlayıb. Naqasaki meri Suzuki iyun ayında verdiyi açıqlamada anma mərasimi üçün İsrailə dəvət göndərilməsi qərarının təxirə salındığını bildirmişdi.

“QƏZZƏDƏ PİS HUMANİTAR VƏZİYYƏT…”

Qəzzadakı pis humanitar vəziyyətin və hücumlara qarşı xalq etirazlarının anım mərasimini poza biləcəyindən narahat olduqları üçün bu qərarı qəbul etdiklərini bildirən Suzuki, mərasimin qurbanların xatirəsini anmaq üçün təşkil edildiyini və hər hansı pozuntuya icazə verilə bilməyəcəyini bildirib.

Mənbə:  TGRT

Aynur Camal

Oxşar xəbərlər

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Yapon professorun 6 məşqi gündə 10 min addımı əvəz edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu