Baş xəbər

Tələbələrin köçürülməsi üçün müraciətlərin qəbulu başa çatdı

Bugun.tvyə daxil olan məlumata görə, ümumilikdə 2575 tələbə təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək üçün müraciət edib.

Müraciətlərin qəbulu 25 iyul-01 avqust tarixlərində portal.edu.az vasitəsilə aparılıb.

Növbəti mərhələdə köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılaraq müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndəriləcək. Təhsil müəssisəsi tərəfindən müraciətə müsbət cavab verildiyi halda tələbə tərəfindən yerdəyişmə istəyinin təsdiq olunması tələb olunacaq. Müraciətçi köçürülmə etmək istədiyi təqdirdə şəxsi kabinetdə “Təsdiq et”, imtina etmək istədiyi təqdirdə isə “İmtina et” düyməsini seçməlidir.

Müraciətin statusu barədə məlumat üçün tələbələr şəxsi kabinetlərini mütəmadi olaraq izləməlidirlər.

Mənbə: Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu