Baş xəbərDünya

Buz kütləsi alpinistləri sürüklədi! Mont Blanc dağından kədərli xəbər gəldi

Fransanın İtaliya ilə sərhədində yerləşən Mont Blan dağında buz kütləsi ən azı 15 alpinisti sürükləyib. Hadisə nəticəsində 1 alpinistin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

Avropa Alp dağlarının və Avropa qitəsinin ən yüksək dağı olan Mont Blanda buz kütləsi fəlakəti baş verib. Mont Blan zirvəsinə qalxan bir qrup alpinist buz kütləsi tərəfindən aşağı sürükləndi.

Yüksək Savoya Qubernatorluğu alpinistlərin dırmaşması zamanı düşən buz kütləsi nəticəsində 15 nəfərlik qrupdan 1 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb.

Qubernatorluq 10 nəfərin sağ qaldığı qəzada buz kütləsinin düşməsinə səbəb olan amillərin təbii olduğunu bildirib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Mont Blan dağının ətəyindəki sığınacaqda gecələdiyi bilinən iki alman üçün bölgədə axtarış-xilasetmə işləri davam edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Milli Cəbhə Partiyası xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Aynur Camal

Birinci vitse-prezident Zəfər Günü münasibətilə paylaşım edib

Aynur Camal

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu