Baş xəbərDünya

Körpə ilanı dişləyərək öldürdü

Hindistanda körpə uşaq oynayarkən ilanla qarşılaşıb. Körpənin ailəsi uşaqlarının oyuncaq olduğunu düşündüyü ilanı dişlədiyini bildirib. İlanın öldüyü bildirilərkən, körpənin sağlamlıq durumu ilə bağlı açıqlama verilib.

Hindistanın Bihar əyalətində heyrətamiz hadisə baş verib. Körpənin onu oyuncaq zənn etdiyi ilanın dişlədiyi və öldüyü bildirilib.

Hindustan Times qəzetinin məlumatına görə, ştatın Rajauli bölgəsində 1 yaşlı körpənin ailəsi uşaqlarının oynayarkən gördüyü ilanı dişlədiyini və bunun oyuncaq olduğunu düşündüyünü bildirib.

İlanın öldüyünü deyən ailə hadisədən sonra körpənin xəstəxanaya aparıldığını bildirib. Səhiyyə rəsmiləri körpənin vəziyyətinin yaxşı olduğunu və musson dövründə zəhərsiz ilanın tez-tez görülə biləcəyini qeyd ediblər.

İyul ayında Hindistanın Bihar əyalətində zəhərli ilan dişləyən şəxs əsəbiləşib və tutduğu sürünən heyvanı iki dəfə dişləyərək öldürüb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın İranı iqtisadi təcrid etmək təhdidi Türkiyəni çətin seçim qarşısında qoyur

Aynur Camal

Çin prezidenti Si Cinpin ŞƏT sammitində iştirak edəcək

Aynur Camal

ABŞ-İran müharibəsi Qətərin qaz ixracını ağır vəziyyətə saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu