Baş xəbərDünya

Rusiya ABŞ-ı ittiham etdi

Rusiya ABŞ-ı Gürcüstanda “rəngli inqilab” planlaşdırmaqda ittiham edib. Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ABŞ-ın hədəfinin parlament seçkiləri olduğunu iddia edib.

Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə işarə edən Rusiya ABŞ-ın “rəngli inqilab” planları qurduğunu iddia edib. Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) açıqlamasında “ABŞ-ın Gürcüstandakı seçkidən əvvəl vəziyyətdən razı qalmadığını” açıqlayıb.

“Amerikalılar Gürcüstanda rəngli inqilab təşkil etməyi planlaşdırır. Keçiriləcək aksiyalarda seçkilərdə saxtakarlığa yol verildiyi barədə məlumatlar üzə çıxarılacaq və hakimiyyət dəyişikliyi tələb olunacaq. Etirazları güc yolu ilə yatırmaq üçün hüquq-mühafizə orqanları təxribatlara məruz qalacaq. Vaşinqton seçki sonrası etirazlara rəhbərlik edəcək gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verir”.

Açıqlamada hakim Gürcü Arzusu Partiyasının seçkilərdə xalqın etimadını qazana biləcəyi ifadə edilərək, “Bu səbəbdən sözügedən partiyanın seçkilərdə qələbə qazanmasının qarşısını almaq üçün səylər göstəriləcək. ABŞ seçki öncəsi Gürcüstana təzyiqlərini artıracaq və bəzi şəxslərə qarşı sanksiyalar tətbiq edəcək” deyə bəyanat daxil edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ-ın İran əməliyyatına çəkilən xərclər gələcəkdə dəfələrlə geri qaytarılacaq

Aynur Camal

Putin: Rusiya 3 metrdən qalın buzları yaracaq yeni buzqıran gəmi inşa edir

Aynur Camal

Putin Rusiya ordusunun sayını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu