8 C
Baku
21 Fevral 2026, 19:12
Baş xəbərDünya

ABŞ istehsalı F-16 döyüş təyyarəsi qəzaya uğradı! Ukraynada tarazlığı dəyişəcək inkişaf

ABŞ istehsalı olan F-16-lar Rusiyanın işğalından 29 aydan çox müddət sonra Ukraynaya göndərilib. Avqustun 26-da Ukraynada F-16 qırıcısının qəzaya uğradığı açıqlanıb. Təyyarənin düşmən atəşi səbəbindən qəzaya uğramadığı iddia edilib.

Rusiya hücumlarını davam etdirərkən, Ukrayna ABŞ və Aİ-dən silah yardımı almağa davam edir. Avqustun ilk həftəsində ABŞ istehsalı olan F-16 təyyarələrinin Kiyevə istiqamətləndiyi açıqlanıb.

Avqustun 26-da Ukraynada ABŞ istehsalı olan F-16 qırıcısının qəzaya uğradığı iddia edilib.

“Wall Street Journal” qəzetinin adı açıqlanmayan bir ABŞ rəsmisinə əsaslanan xəbərində ABŞ istehsalı olan F-16-nın avqustun 26-da Ukraynada qəzaya uğradığı iddia edilib.

Xəbərdə təyyarənin düşmən atəşi ilə vurulmadığı və qəzaya səbəbin pilot səhvi ola biləcəyi iddia edilib. Ukrayna Hərbi Hava Qüvvələri məsələ ilə bağlı açıqlama verməyib.

Ukrayna prezidenti Vladimir Zelenski F-16 döyüş təyyarələrinin avqustun 4-də ölkəsinə gətirildiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Aynur Camal

Vüqar Bayramov: Ana dili milli kimliyimizin əsas sütunudur

Aynur Camal

İsveçdən Ukrayna müdafiəsinə böyük hərbi dəstək paketi açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu