Baş xəbərDünya

Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Rusiya Federasiyasının Moskva şəhərində təşkil olunan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisi 4 sentyabr 2024-cü il tarixində öz işinə başlayıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

Sərgidə Mədəniyyət Nazirliyinin nümayəndələri və uşaq yazıçısı Solmaz Amanova iştirak edirlər.

Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

Sərgi çərçivəsində 6 sentyabr tarixində yazıçı Solmaz Amanovanın “Kitab sənəti” müsabiqəsində 2 nominasiya üzrə ( “Qran-pri” mükafatı və 1-ci yer) mükafatlandırma mərasimi keçiriləcək.

Belarus Respublikasının fəxri qonaq ölkə olduğu Moskva Beynəlxalq Kitab Sərgisi 8 sentyabr 2024-cü il tarixinədək davam edəcək.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

İran XİN rəhbəri ABŞ-la gizli təmas iddialarını təkzib etdi

Aynur Camal

Deputat Ceyhun Məmmədov Torpaq Çərşənbəsi münasibətilə vətəndaşları təbrik edib

Aynur Camal

Tehran məktəb hücumu ilə bağlı ABŞ və İsraildən təzminat tələb edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu