Baş xəbər

Prezident baş sağlığı verdi

Fatma Səttarovanın ailəsinə və yaxınlarına Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilmiş Fatma Səttarovanın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.

Fatma Səttarova Vətənə sədaqətlə xidmət edərək, gənclərə və gələcək nəsillərə örnək olan nümunəvi həyat yolu keçmişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, ailənizin bütün üzvlərinə öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2024-cü il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

FİFA Dünya Kuboku kommersiya hüquqlarının satış planına görə tənqid olunur: “Futbolun ruhu satılır”

Aynur Camal

Rza Pəhləvi: “Rejim dəyişikliyinə çox yaxınlaşmışıq”

Aynur Camal

Deputat Sevinc Hüseynova Gədəbəydə vətəndaş qəbulu keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu