Baş xəbərDünya

Dini ayin fəlakətlə başa çatdı: Onlarla insan çayda boğuldu

Hindistanın Bihar əyalətində yüzlərlə insan dini ayinlər üçün çaya girib. “Jivitputrika Festivalı” zamanı 37-si uşaq olmaqla 46 nəfər boğularaq ölüb.

Qadınlar övladlarının xatirinə oruc tutarkən çaya girməsi mərasimində çoxlu insan boğularaq ölüb.

15 müxtəlif bölgədə keçirilən dini ayin zamanı 37-si uşaq olmaqla, ümumilikdə 46 nəfər həyatını itirib. Dövlət rəsmiləri də itkin düşənlər barədə məlumat veriblər. Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Hörmüz boğazında maye qaz daşıyan tanker minaya düşdü

Aynur Camal

COP31-də 2035-ci ilədək elektrik enerjisindən istifadənin artırılması təklif olunur

Aynur Camal

Böyük Britaniyada 1200-dən çox sığınacaq axtaran şəxs üçün mərkəz yaradılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu