Baş xəbərDünya

İsrailin Suriyaya hücumu: 7 ölü, 11 yaralı

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyi yaxınlığındakı binanı hədəfə alıb və 3 raketlə hücuma keçib. Livan və Fələstinə qarşı hücumlarını davam etdirən İsrail bu dəfə Suriyanı hədəfə alıb.

Hücumla bağlı Suriya dövlət televiziyasının verdiyi məlumata görə, İsrailin Dəməşqin Mazze rayonundakı yaşayış məntəqəsinə təşkil etdiyi hava hücumunda aralarında uşaqların da olduğu 7 nəfərin öldüyü bildirilib.

Bundan əlavə, hücumlar nəticəsində 11 nəfər yaralanıb.

Dövlət televiziyasının hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, saat 20:15 radələrində İsrailin Colan təpələri istiqamətindən 3 raketlə hücuma keçərək, əhalinin sıx məskunlaşdığı Mezze bölgəsindəki yaşayış və ticarət binalarından birini hədəfə aldığı bildirilib.

Hücum zamanı aralarında uşaqların da olduğu 7 mülki şəxsin həyatını itirdiyi, 11 nəfərin yaralandığı açıqlanıb.

Bundan əlavə, İranın rəsmi xəbər agentliyi İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyi yaxınlığındakı binanı hədəf aldığını açıqlayıb.

Digər tərəfdən, hücumla bağlı İsrail rəsmi mənbələrindən hələlik bir açıqlama yoxdur.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu