“Son aylarda ard-arda baş verən hadisələr göstərir ki, İran rejimi Azərbaycana qarşı çirkin ssenarilər qurub. Azərbaycan isə bu təxribatların layiqli cavabını verir”.
Bunu Milli Məclisin deputatı Arzu Nağıyev İranın Azərbaycana nota verməsi ilə bağlı məsələni Bugun.tv-yə şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan mediası İrana heç bir halda iftira atmayıb. Sadəcə, son dövrlərdə İranın ölkəmizə qarşı həyata keçirdiyi məkrli siyasəti işıqlandırıb.
“İranın xüsusi xidmət orqanlarının Azərbaycanda ifşa olunan agent şəbəkəsi onların ölkəmizə qarşı təxribatlarının davam etdiyinin sübutudur. Hazırda Cənub qonşumuzun etdikləri enerji təhlükəsizliyimizə ciddi təhdiddir. İran hərbi təyyarələrinin sərhəddə vizual kəşfiyyat aparması qonşuluq münasibətlərinin pozulması deməkdir. Son aylarda ard-arda baş verən hadisələr göstərir ki, İran rejimi Azərbaycana qarşı çirkin senarilər qurub. Azərbaycan isə bu təxribatların layiqli cavabını verir”.
A.Nağıyevin sözlərinə görə, İranın inanclı insanların inancından istifadə edərək müxtəlif təriqət və dini qurumları qarşı-qarşıya gətirməyə çalışması Konstitusiyamıza təhdiddir.
Xatırladaq ki, İran Azərbaycan XİN-ə etiraz notası verib. Notada Azərbaycanın bir sıra media qurumlarının özlərinə qarşı “qeyri-etik” hərəkətlərindən narahatlığını bildirib.
Müxbir: Aynur Ruslan