8 C
Baku
21 Dekabr 2025, 21:19
MüsahibəSiyasət

A.Nağıyev: “Öz sahəsinin peşəkarı olan birinin müdafiə nazirinin  müşaviri təyin olunması mühüm addımdır”

Tarixin çətin sınaqlarından birgə çıxan dostluq, qardaşlıq münasibətləri -Azərbaycan-Türkiyə birliyi. Bu münasibət bütün sahələrdə olduğu kimi hərbi sahədə də özünü büruzə verir. Son olaraq “Qardaş yumruğu” birgə hərbi təlimləri dünyaya bir mesaj idi. Qısa zaman öncə türkiyəli general polkovnik Bəxtiyar Ersayın müdafiə nazinin müşaviri təyin olunması əlaqələrimizin sıxlığından xəbər verir. Bugun.tv xəbər verir  ki, Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı  mübarizə  komitəsinin üzvü Arzu Nağıyev bu təyinata münasibət bildirib.

“Bəxtiyar  Ersay Azərbaycan Ordusunun  nəyə qadir olduğunu yaxşı bilən və onun Türkiyə standartlarına uyğun olaraq yenidən qurulmasında iştirak edən Türkiyə Ordusunun önəmli simalarındandır. Keçirilən təlimlərdə Bəxtiyar Paşanın çox böyük rolu olub. Bizi birləşdirən ümumi maraqlardan başqa həm də qardaşlıq münasibətləridir. Bəxtiyar  Ersayın milli kadrların yetişdirilməsində müstəsna rolu var. Öz sahəsinin peşəkarı olan birinin müdafiə nazirinin  müşaviri təyin olunması mühüm addımdır”.

Bugün TV

Oxşar xəbərlər

Çinin yeni nəsil “Fucien” təyyarədaşıyan gəmisi Tayvan boğazından keçdi

Aynur Camal

Moldovada etirazçılar prezidentin istefa verməsini tələb ediblər

Bugün TV

Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhlükəsizliyin təminində təsirli rol oynayıb – Elşad Mirbəşiroğlu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu