7 C
Baku
21 Dekabr 2025, 2:18
Siyasət

AB Liderləri 2025-ci ilin Son Zirvəsi Üçün Brüsseldə Toplandı

Avropa Birliyi (AB) üzv ölkələrinin liderləri Brüsseldə 2025-ci ilin son AB Liderlər Zirvəsi üçün bir araya gəlib.

Zirvənin əsas gündəm mövzularından biri Rusiyanın dondurulmuş 210 milyard avro dəyərindəki vəsaitlərinin Ukraynaya maliyyə dəstəyi kimi istifadəsi məsələsi olub.

AB Konseyi Prezidenti Antonio Costa bildirib ki, zirvə çərçivəsində jeoekonomika, genişlənmə, AB-nin uzunmüddətli büdcəsi və Ukrayna məsələləri müzakirə ediləcək. Costa vurğulayıb ki, AB liderləri Ukraynanın 2026 və 2027-ci illərdəki maliyyə ehtiyaclarını təmin etmək üçün qərar qəbul etmədən zirvəni tərk etməyəcəklər.

AB Komissiyası Prezidenti Ursula von der Leyen Ukraynanın 2026-2027 illəri üçün 137 milyard avro maliyyəyə ehtiyacı olduğunu, bunun 90 milyard avrosunu AB-nin təmin etməyə hazır olduğunu qeyd edib. Von der Leyen, bu maliyyənin AB büdcəsi və ya savaş tazminatı krediti vasitəsilə təmin edilə biləcəyini bildirib.

AB Dış İlişkiler və Güvenlik Politikası Yüksek Temsilcisi Kaja Kallas isə, Rusiyanın dondurulmuş varlıqlarının Ukraynaya veriləcək kredidə istifadə edilməsinin “Avropa təklifi” olduğunu vurğulayıb. Belçika və digər bəzi ölkələr isə risklərin paylaşılması və hüquqi əsasların açıq olması şərtini irəli sürür.

Zirvədə əsas müzakirə mövzusu Ukraynaya maliyyə dəstəyinin təmin olunmasıdır. AB və üzv ölkələr indiyədək Ukraynaya 66 milyard avrosu hərbi olmaqla, ümumilikdə 187,3 milyard avro dəstək verib. Ukraynanın gələn ilin ilk rübündə maliyyə ehtiyacının artacağı gözlənilir.

Belçika, İtaliya, Malta və Bolqarıstan Rusiyanın dondurulmuş varlıqlarına alternativ maliyyə həlləri tələb edir, Macarıstan, Slovakiya və Çexiya isə Ukraynaya mali dəstəyə qarşı çıxır. Dondurulmuş vəsaitlərin istifadəsi məsələsində qərar qəbul etmək üçün AB-də nitelikli səs çoxluğu (ən az 15 ölkə və AB əhalisinin 65%-i) yetərlidir.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Madrid sammitindən əvvəl Türkiyənin narahatlığını aradan qaldırmaq istəyir

Bugün TV

Bəşər Əsəd Vladimir Putinə təşəkkür etdi

Bugün TV

Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda görülən işlərin gedişi ilə tanış olub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu