Sabiq prezident Abdullah Gül İsrailin baş naziri Netanyahunun ABŞ Konqresindəki çıxışına reaksiya verib. Netanyahunu “soyqırım cinayəti” və “uşaq qatili” olaraq xarakterizə edən Gül, “Bu gecə ABŞ Konqresində utanc sirkinə baxdıq” dedi.
Dünya ABŞ Konqresindəki biabırçılığın şahidi oldu…
Abdullah Gül X hesabındakı paylaşımında Netanyahunun çərşənbə günü ABŞ Konqresinə müraciətini sərt sözlərlə tənqid edib.
“Özünü biabır etdi”
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanın hərbi cinayətlərə görə Netanyahunun həbsinə order verilməsi tələbini xatırladan Gül, ABŞ-ın Netanyahunu qəbul etməklə “bir daha özünü biabır etdiyini” söyləyib.
“Soyqırım cinayətkarının sirkinə baxdıq” deyən Gülün paylaşımı belədir:
“Bu axşam biz ABŞ Konqresində BCM prokurorunun həbs qərarı tələb etdiyi soyqırım cinayətkarının baş rolda oynadığı utanc sirkinə baxdıq. Amerika bir daha uşaq qatili naminə bütün dünyanın qarşısında özünü rüsvay etdi.
Netanyahu bu həftə ABŞ-dakı təmasları çərçivəsində ABŞ Konqresində İsrailin Qəzzada müharibəsini müdafiə edən çıxış edib və İsrail-ABŞ ittifaqını tərifləyib”.
Ölənlərin sayı 39 mini keçib
Netanyahu İsrailin Qəzzadakı müharibəsini “xeyir və şər”, “sivilizasiya və barbarlıq” arasında müharibə kimi qiymətləndirib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzada davam edən hücumlarında həlak olan fələstinlilərin sayı 39 mini keçib.
Mənbə: EnSonHaber
