10 C
Baku
16 Mart 2026, 14:48
DünyaSiyasət

Abdullahiyan: “Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız heç bir tərəfə qarşı olmayacaq”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığının heç bir tərəfə qarşı olmadığını bildirib.

Bugun.tv xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında qeyd edib.

Abdullahiyan İranın pilotsuz təyyarələr müqabilində Rusiyadan müşahidə və kibertəhlükəsizlik avadanlıqları alması ilə bağlı iddialara da cavab verib.

“Təbii ki, Tehran və Moskvanın ortaq gündəmindəki məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıqdır. Ancaq bizim bu əlaqəmiz heç bir tərəfə qarşı olmayacaq. Rusiyalı həmkarım Sergey Lavrovla regional və beynəlxalq məsələləri müzakirə edəcəyik. Nüvə sazişi üzrə danışıqlara dair fikir mübadiləsi aparacağıq”,- o, deyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abdullahiyanın bu gün Moskvada Lavrovla görüşü gözlənilir.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

AB Hörmüz boğazının açıq qalması üçün çıxış yolu axtarır

Aynur Camal

İranda daha bir məktəb hücuma məruz qaldı

Aynur Camal

BƏƏ: İranın atdığı raket və PUA-ın qarşısı alındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu