21 C
Baku
15 Mart 2025, 17:23
Baş xəbər

Aberdində “Gənclər Günü” Azərbaycan ruhu ilə qeyd olundu

Aberdin, Böyük Britaniya – Gənclər Günü münasibətilə Şotlandiyada yaşayan azərbaycanlılar üçün xüsusi mədəni gecə təşkil olundu. Tədbir uzun illər Afrikada yaşayan, Nigeriyada təsis edilmiş Azərbaycanın Dostları Təşkilatının təsisçisi Billurə Bayramova – Bernard ailəsinin Avropada təsis etdiyi BA Mədəniyyət Mərkəzinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin (ASUA) iştirakı ilə baş tutdu. Azərbaycan diasporunu bir araya gətirən bu gecə, milli ənənələr, musiqi və ləzzətli yeməklərlə zənginləşən unudulmaz bir bayrama çevrildi.

Gecədə Azərbaycanın zəngin mətbəxi nümayiş etdirildi. Tədbir boyu qonaqlara milli təamlarımız ilə bərabər milli musiqilərimiz də təqdim olundu. Bu ləzzətlər tədbir iştirakçılarını doğma vətənlərinə daha da yaxınlaşdırdı, unudulmaz xatirələr yaratdı.

Tədbir təşkilatçılarının sözlərinə görə məqsəd ölkə xaricində təhsil alan gənclərimizi bir araya gətirmək, onlarda Azərbaycan ruhunun yaşamasına və birlik hissini daha da gücləbdirməsinə imkan yaratmaqdır.

Bu təşəbbüs Azərbaycan diasporunun həmrəyliyini və milli kimliyimizin qorunmasının vacibliyini bir daha sübut etdi. BA Mədəniyyət Mərkəzi və ASUA bu cür tədbirlərin davamlı təşkilini dəstəkləyərək, xaricdə yaşayan gənclərin öz köklərindən uzaq düşməməsinə və Azərbaycan mədəniyyətini beynəlxalq müstəvidə təbliğ etməsinə töhfə verməyə davam edəcəklər.

Aynur Camal

Oxşar xəbərlər

Elman Nəsirov: “Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı öncədən tədbir görülsəydi, məsələ bu həddə çatmazdı”

Nigar Məmmədova

Hatayda bina çökdü

Bugün TV

Terror əməliyyatı oldu: 5 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu