24 C
Baku
5 Sentyabr 2025, 3:36
Baş xəbərDünya

ABŞ 3 milyon barrel neft almağa hazırlaşır

Bugun.tv xəbər verir ki, ABŞ administrasiyası strateji neft ehtiyatı üçün avqust ayında tədarük olunacaq 3 milyon barrelə qədər xam neft alacağını açıqlayıb.

Benzinin qiymətinin aşağı düşməsinə kömək etmək üçün keçən il strateji neft ehtiyatından xam neft satan ABŞ ehtiyatlarını artırmaq üçün xam neft almağa davam edir.

Açıqlamada qeyd edilib ki, yeni alışlar Texasdakı Big Hill Strateji Neft Ehtiyatı üçün ediləcək.

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynada başladığı müharibədən sonra ABŞ-da benzinin qiymətinin sürətlə artması fonunda ötən ilin mart ayında ölkənin strateji neft ehtiyatlarından 180 milyon bareldən çox neftin çıxarılmasına icazə verib.

Qeyd edilib ki, Amerikada xam neftin qiyməti 1983-cü ildən bəri ən aşağı səviyyəyə düşməsi enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Qarabağ”ın maraqlandığı futbolçu transferə çıxarıldı

Nigar Məmmədova

Restoran işçisi qətlə yetirildi

Kəmalə Sultan

“Bu gün TV” Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu