18 C
Baku
14 Sentyabr 2025, 11:12
Siyasət

ABŞ A. Lukaşenkonu Rusiyadan ayırmağı hədəfləyib..

“ABŞ və Belarus arasında aparılan danışıqlar müstəvisində prezident A. Lukaşenko siyasi məhbusları azad edir. Bir neçə davam edən danışıqlar müsbət nəticə verir. ABŞ prezidenti Belarusa müəyyən sanksiyaları qaldırır” – bu barədə şərhi siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, ABŞ Belarusu Rusiyadan ayırmağa çalışır. Əgər, Vaşinqton Belarusa ciddi iqtisadi və siyasi dəstək verərsə, A. Lukaşenkonun Moskva qarşısında immuniteti güclənə bilər. Görünür, ABŞ Belarusu öz tərəfinə çəkməklə, Belarusu Rusiyanın poliqonundan azad etməyi planlaşdırır.

ABŞ- Belarus əlaqələri inkişaf edərsə, Moskvanın təzyiqləri qaçılmaz ola bilər. Bundan əlavə, Belarusda NATO qarşı “Qərb-2025” hərbi təlimləri keçirilir. Təlimlərin əsas məqsədi “hipotetik təcavüzə” cavab verməkdir. Proqrama taktiki nüvə silahlarının “istifadə elementləri” və eyniadlı hipersəs raketi olan Rusiyanın “Oreşnik” kompleksi daxildir.

Göründüyü kimi, Rusiya Belarusdan Qərbə qarşı istifadə edir. ABŞ və Belarus danışıqları müsbət istiqamətdə davam edərsə, Belarus-Rusiya münasibətlərində qırılma baş verəcək. Təbii ki, ABŞ A. Lukaşenkoya özünü komfortlu hiss edib, “iki stulda” oturması üçün bu danışıqları aparmır. Belarusla Qərb arasında problemi həll edib, Rusiyanin hərb maşınının tədricən bu ölkədən çıxarmağa hesablanıb.

Avropanın şərqində Rusiya təkcə Belarusla münasibətləri var. Belarusu bu ittifaqdan ayırmaq siyasəti Ukrayna müharibəsindən asılı olacaq. Görünür, ABŞ Ukrayna cəbhəsində Rusiyaya ağır zərbə vurmaq planına malikdir ki, arxayın olaraq Belarusla danışıqlar aparır.

ABŞ xüsusi nümayəndələri Belarus, Ukrayna və Cənubi Qafqazda ciddi danışıqlar aparır. Vaşinqton Rusiyanı sıxışdırmaq siyasətini həyata keçirir. Baxmayaraq ki, bu siyasət D. Trampın V. Putinə hər gün elan etdiyi simpatiyası açıqlaması fonunda davam edir.

Məhəmməd Əsədullazadə 

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Peskov Federal Təhlükəsizlik Xidmətinin irəli sürdüyü iddianı “ördək” adlandırdı

Nigar Məmmədova

Prezident İlham Əliyev Türkiyədə rəsmi səfərdədir

Aynur Əfəndi Zadə

Hindistan Ukrayna münaqişəsinin döyüş meydanında həll olunmayacağına inanır – Xarici İşlər Naziri

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu